Magistr

Magistartura nədir?Bakalavrdan sonra təhsilin 2-ci pilləsi Magistraturadır.
Təhsil müddəti: Əyani-2 il, Qiyabi-2.5 il
Təhsili uğurla başa vuranlara MAGİSTR dərəcəsi verilir. Magistraturada ixtisasınız üzrə konkret bir bölməni daha dərindən öyrənirsiniz. Həmçinin o bölmə üzrə elmi araşdırma aparırsınız. Müstəqil işləmə qabiliyyətinizi ortaya qoyurusunuz.

Magistraturaya necə qəbul ola bilərəm?
Magistraturaya qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2 mərhələdə həyata keçirir.
1-ci mərhələ: bu mərhələdə tələbələr 3 fənndən (məntiq, informatika, xarici dil) imtahan verir. 1-ci mərhələdə cəmi 100 sual olur (məntiq-50, informatika-25, xarici dil-25). Magistratura imtahanlarındakı bütün suallar hər biri 1 balla qiymətləndirilir. Səhv düzü aparmır.
keçid balları ixtisasdan asılı olaraq dəyişir. (sonuncu il 40-50 bal arası). 1-ci mərhələdən keçmiş tələbələr 2-ci mərhələyə buraxılır.
2-ci mərhələ: Bu mərhələ də seçdiyiniz ixtisasa uyğun 50 sual olur. Keçid balı 20 bal ətrafında dəyişir.

Öz ixtisasıma uyğun hansı ixtisasları seçə bilərəm?
Bu sualınıza BURDAN cavab tapa bilərsiniz. 1-ci sütunda sizin bakalavr ixtisasınız, 2-ci sütunda isə ona uyğun seçə biləcəyiniz magistr ixtisaslarının siyahısı göstərilib.

Qeyd:
Bütün ixtisası bitirənlər xüsusilə öz ixtisasları üzrə davam etmək istəməyənlər MBA proqramını seçə bilər. MBA-nı seçənlər 2-ci mərhələdə ixtisas imtahanı əvəzinə MBA proqramından imtahan verir.


1 yorum:

  1. Tarix müəllimliyinde oxuyan telebe magistra qebul olmaq üçün hansı kitablardan oxumalıdır?

    YanıtlaSil